Azərbaycan vətəndaşlarının 85 faizi öz Vətəni uğrunda döyüşməyə hazırdır.(Fotolar))

29/01/17 9:21

Ən əsas məsələ millət olaraq ruhumuzun dünyada lider olmasıdır.  

Bu yazıya keçməzdən əvvəl yeri gəldiyi üçün yaxın tariximizin bəzi məqamlarını xatırlamaq istərdim.

Azəryabcan türkləri üçün “Aprel tezisləri”..

Ötən il Aprel döyüşləri zamanı yaxşı mənada çoxları, o cümlədən özümüz də dövlət, vətəndaş olaraq əsaslı dərslər aldıq. Ermənilərin və onların himayədarlarının aldığı zərbə isə canlı itkidən daha millətimizin, milli ruhunun necə mübariz olduğunu görmələri oldu. Hamı, Birinci Qarabağ savaşının iştirakçı qazilərindən tutmuş, daha kimlər vətən torpaqlarının bütövləşməsi üçün silaha sarılmaq istəmədi. Mən o, hadisələr zamanı ön cəbhədə, döyüş mövqelərinə yaxın olan kəndimizdə idim. Mənim üçün, hadisələrin ən qaynar nöqtəsindən cəbhədə cərəyan edən proseslərin izləmək,hadisələrin mahiyyətini bilmək, baş verənləri doğru dürüst analiz etmək, baxımından olduqca əhəmiyyətli idi.

Aprel hadisələrində insanların, hətta qadınların belə qorxmadan döyüşmək istəməsi həqiqətən qürurverici bir fakt idi. Bu gün “WIN.Gallup International” sayıtının Azərbaycanlıların 85 faizinin bu qədər həngamələrdən sonra vətən uğrunda döyüşməyə hazır olması və ölkəmizin bu mövzuda dünya sıralamasında 6-cı yerdə bərqərar olması çox ciddi milli-psixoloji üstünlüyümüzdü.

Eyni zamanda yadıma 27 -il bundan qabaq tələbəlik illərində baş vermiş hadisələr düşdü. Bu gün sosial şəbəkə istifadəçilərinin yaxşı tanıdığı tarixçi alim Dilavər Əzimlinin, Bakı Dövlət Universitetinin Tarix fakultəsinin müəllimi Atamoğlan Məmmədovun, BDU-nun bir qrup tələbələrlərinin, hətta xeylı tələbə qızların, olduqca ağır vəziyyətdə olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərə getmələrini əks etdirən şəkilləri də əlimdədir. Onlar bu kəndlərə silahlı erməni postlarının içindən keçərək gedirdilər. Erməni dilini bilən Sultan Allahverdiyevin də bu dəstənin tərkibində olması heç unudulan deyildi. Bizim, Bakı Dövlət Universitetinin ilk hərbi dəstələri isə özüm də o dəstdə olmaq  şərtilə artıq Laçının Çiçimli,Qazıdərəsi və Aşağı Çiçimli kəndərində idik. Bu gün Azərbaycan Xalq

 

(Bura Dağlıq Qarabağın kəndlərindən biridir, Bu qızvə oğlanlar isə BDU-nun könüllüləridir.)

Bu Laçın Rayonunun Yuxarı Cicimli kəndidir.BDU-nin əsasən Əfqanstanda və keçmiş SSRİ -i ordusunda xidmət keçmiş tələbələridir.Onlardan biri də Əli Kərimlidir.

 

(Laçın rayon mərkəzində İcra Hakimiyyətinə yaxın bir Fotostudiya vardı, AXC-Laçın rayon təsis konfransından çıxıb şəkil çəkdirməyə imkan tapdıq.)

Cəbhəsi Partiyasına rəhbərlik edən Əli Kərimli də bütün bu səfərbərlik işlərinin təşkilində və ən ağır bölgələrə olmasıyla seçilirdi. Bizim Laçına çatdığımız geçə erməni radioları hadisə kimi bunu bizim sərhəd bölgələrinə gəlməmizi təkrar-təkrar efirə verirdilər. İndi ümidsiz olmmız üçün heç bir əsasımız yoxdur. Bizim bütöv Azərbaycan olaraq iki yerə bölünməmizi də, Qüey Azərbaycanımızın niyə param-parça edilərək bu günə salındığını da çox yaxşı anlayırıq..

Ən əsas məsələ millət olaraq ruhumuzun dünyada lider olmasıdır.  

Azərbaycan vətəndaşlarının 85 faizi öz Vətəni uğrunda döyüşməyə hazırdır.

APA-nın “Qruziya online” saytına istinadən verdiyi məlumata görə, bu, “WIN/Gallup International” tərəfindən aparılan sorğu zamanı məlum olub.

Sorğu dünyanın 64 ölkəsində keçirilib. Ümumilikdə respondentlərin 61 faizi ölkələri uğurunda döyüşməyə hazır olduğunu, 27 faizi isə döyüşməyə hazır olmadığını bildirib.

Vətəndaşları ölkələri uğurunda döyüşməyə hazır olan ölkələr daha çox Yaxın Şərq və Şimali Afrikada (83 faiz), Qərbi Asiyada (82 faiz), ən az isə Qərbi Avropa (25) regionundadır. Yaponlar sorğu zamanı ölkələri uğrunda döyüşməyə ən az hazır olan (11 faiz) respondentlər olublar. Almanların 13 faizi, britaniyalıların 27 faizi, fransızların 29 faizi ölkələri uğrunda döyüşməyə hazırdır.

Sorğunun nəticələrinə görə, azərbaycanlıların 85 faizi Vətənləri uğrunda döyüşməyə hazırdır. Azərbaycanlılar ölkələri uğrunda döyüşməyə hazır olan xalqlar sırasında 6-cı yerdə qərarlaşıb. Gürcülər 76 faizlik göstərici ilə 9-cu, ermənilər 72 faizlik göstərici ilə 15-ci yerdə qərarlaşıb. Siyahıya 94 faizlik göstərici ilə Mərakeş və Fici başçılıq edir. Ukraynalılar 62 faizlik göstərici ilə 24-cü, ruslar 59 faizlik göstərici ilə 27-ci, İsrail 66 faizlik göstərici ilə 20-ci yerdə qərarlaşıb.

Sorğuya hər ölkədən 1000 nəfər cəlb edilib.

Transqafqaz.com

Qələndər Muxtarlı