AzMDP – dən sərt qərarlar…(FOTO)

17/02/18 12:58

 Azərbaycan Milliyyətçi Demokrat  Partiyasının Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü Səfər Hümbətov  11 aprel 2018 ci ilə təyin edilən növbədənkənar  prezident seçkiləri ilə əlaqədar səsləndirdiyi fikirlərə görə AzMDP də fəaliyyətinə xitam verilmiş sərt şərtlər daxilində partiya sıralarından xaric edilmişdir. AzMDP-nin qəbul etdiyi bəyanatda deyirlir.

Azərbaycan Milliyyətçi Demokrat Partiyası Azərbaycanın  ictimai – siyasi  həyatında 25 ildən artıq (Əsrin 4-dən biri qədər) iştirak edən siyasi bir sturukturdur. Bu muddətdə istər Milli Azadlıq hərəkatında, istərsədə Milli dövlət quruculugunda məsuliyyətli rol almış,  vətənimizin ərazi bütövlüyünün təmin olunmasında müstəsna xidmətləri olmuş, bu yolda şəhid verən, daha çox veteran və qazilərin təmsil olundugu bir təşkilatdır. Azərbaycanın demokratikləşməsi ugurunda gedən mübarizədə ən şox təqib olunan və bütün rəhbərliyi rejimin cəza aparatından keçirilən partiya AzMDP-dır. Lakin təəssüflə qeyd edirik ki,  Azərbaycan iqtidarının partiyamıza qarşı apardığı siyasətin nəticəsi olaraq təşkilatın səbatsız üzvüləri zaman – zaman  ələ alınmış, Partiyanın prinsip və dəyərləri kimlərinsə maddi maraqlarının təmin olunmasında bir vasitəyə çevrilmişdir. Məlum olduğu kimi 11 Aprel 2018 –ci il tarixində təyin olunan növbədənkənar prezident seçkiləri ərəfəsində Partiyanın Təşkilat Komitəsində təmsil olunan Səfər Hümbətov Azərbaycan Milliyyətçi Demokrat Partiyasının prinsip və ideallarına, malik olduğu şərəfli tarixi mirasa zidd mövqe nümayiş etdirmiş və partiyanın güya keçirilən növbədənkənar seçkilərə dəstək olacaqlarına dair fikirlər səsləndirmişlər.

Baş verənlərlə bağlı partiyanın TK si qərara alır!

  1. AzMDP-nin TK-si növbədənkənar seçkilərlə bağlı partiyanın mövqeyini aydınlaşdıran ayrıca bəyəanatı hazırlansın və elan edilsin.
  2. Partiyanın ideya siyasi xəttinə və prinsiplərinə zidd mövqe nümayiş etdirdiklərinə görə Səfər Hümbətovun partiyanın TK- si üzvülüyündən və partiya sıralarından xaric edilsin.
  3. Yeni yaranan TK-nə qısa zamanda Partiyanın növbəti qurultayının keçirilməsi ilə əlaqədar əlavə səlahiyyətlər

AzMDP-nın Təşkilat Komitəsi.  Bakı şəhəri: 16 . 02. 2018 ci il

Görüntünün olası içeriği: 3 kişi, iç mekan

transqafqaz.com