Bayraqları bayraq yapan üstündəki qandır…

29/09/21 10:08

O günü çox gözləmişdik. O günü gözləyə -gözləyə ürəyi qubarla, gözlərində həsrət dünyadan köçənlərimiz çox oldu.

O günü gözləyə-gözləyə bələkdəki körpələr igid oldular, ərən oldular. Çoxları düşündü ki, yeni bir nəsil yetişib, daha Qarabağ onlar üçün bir köynək yaddır, bir az da keçsə heç kimin yadına o qanlı qadalı illər, dədə baba yurdalrımız , qanla suvanmış torpaqlarımız düşməyəcək. Lakin bir qığılcım yetdi ki, millət bütövləşsin. ayağa dursun. Biz gənclərimizin bu qədər qəhrəman, bu qədər böyük ürək sahibləri olduqlarınlı bəlkə də hiss etməmişdik. Bəlkə heç onlar özləri də ruhlarında yatan aslandan bixəbər edilər. Bir hayla ayağa qalxdılar, bir yumruq, bir ürək, bir düşüncə oldular. Döyüş başlamış, hər kəs səksəkə içərisində gözləyir, səfərbərlik xidmətlərinin qarşısında insan seli aşçıb- daşırdı. İlk dəfəydi insanlar cəbhəyə getmək üçün dava salıır, haray- həşir qoparırdılar. Gedənlərdə qüruru vardı, qalanlarda həsəd.

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günündə Azərbaycan Milləyətçi Demokrat partiyasının və 1-ci Qarabağ və 2-ci Qarabağ savaşı qazileri bərabər “Bakı Türk Şəhidliyi” xatirə kompleksini ziyarət etmiş və sonra 20 nömrəli məktəbin qarşısından “2-ci Fəxri Xiyabana” yürüş etmişlər

Transqafqaz.com