Çavuşoğlu: Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyə hazırdır

17/02/22 10:27

ANKARA/17.02.2022

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Türkiyə Rusiya və Ukrayna arasında iki ölkə arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Çavuşoğlu çərşənbə günü rusiyalı və ukraynalı həmkarları Sergey Larov və Dmitri Kuleba ilə ayrı-ayrılıqda telefon danışığı aparıb, görüşdə Moskva ilə Kiyev arasında gərginliyin artması müzakirə olunub.

Açıqlamaya görə, Çavuşoğlu Lavrovla söhbətində böhranın həlli üçün diplomatik səylərin vacibliyini vurğulayıb.

“Nazir Çavuşoğlu problemin həlli üçün diplomatik təşəbbüslərin vacibliyini vurğulayıb. Bu kontekstdə Çavuşoğlu Türkiyənin Rusiya Federasiyası ilə Ukrayna arasında görüşə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.

Söhbət zamanı Sergey Lavrov martın 11-dən 13-dək Antalyada keçiriləcək 2-ci Diplomatik Forumda və Antalyada da keçiriləcək Astana formatında Suriya üzrə nazirlərin görüşündə iştirak edəcəyini təsdiqləyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri daha əvvəl koronavirus diaqnozu qoyulmuş türkiyəli həmkarına tezliklə sağalmasını arzulayıb.

Mövlud Çavuşoğlu və Dmitri Kuleba Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı son hadisələri müzakirə ediblər. Kuleba, həmçinin Türkiyənin Xarici İşlər nazirinə COVID-19-dan tezliklə sağalmağı arzulayıb.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Rusiya və Ukrayna prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi ideyası ilə bağlı mövqeyi öyrənmək üçün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını bildirib.

Transqafqaz.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir