Əfqanıstan – Türkiyə humanitar yardımın paylanmasını davam etdirir

17/02/22 10:39

HERAT. 16.02.2022

“Xeyirxahlıq qatarı” ilə Əfqanıstana çatdırılan mallar Türkiyə humanitar təşkilatlarının dəstəyi ilə toplanıb.

Türkiyədən Əfqanıstana “Xeyirxahlıq Qatar” ilə çatdırılan humanitar yardımın paylanması da ölkənin şimal-qərbindəki Herat vilayətində təşkil olunub.

Humanitar yardım bir sıra qeyri-hökumət təşkilatlarının iştirakı ilə Türkiyə Hökumətinin Fövqəladə Halların Qarşısının Alınması və Yardım İdarəsi (AFAD) vasitəsilə formalaşdırılıb. Heratda 300 aztəminatlı ailəyə humanitar yardımın paylanması yerli məktəblərdən birinin həyətində baş tutub.

AFAD-ın sözçüsü Burhan Aslan “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, yardım ümumilikdə Əfqanıstanın 34 vilayətinin sakinləri arasında paylanacaq.

Aslan “Xeyirxahlıq qatarı” kampaniyasına verdiyi töhfəyə görə qeyri-hökumət təşkilatlarına təşəkkür edib.

Onun sözlərinə görə, yaxın günlərdə Türkiyədən 1000 ton humanitar yük daşıyan ikinci qatar Əfqanıstana gələcək. “Biz bu yardımın ən qısa zamanda ehtiyacı olan əfqan ailələrinə çatdırılmasını təmin etmək üçün hər cür səy göstərəcəyik” dedi.

Əfqanıstanın Qızıl Aypara Cəmiyyətinin Herat əyaləti üzrə idarəsinin rəhbəri Mövləvi Feyzulrəhman Feyyaz Türkiyənin strukturlarına və xeyriyyəçilərinə dəstəyə görə təşəkkür edib.

Onun sözlərinə görə, Türkiyə əfqan xalqının gözündə həmişə “ümid mənbəyi” olub. “Xüsusən də köməyə ən çox ehtiyac duyduğumuz anda Əfqanıstan xalqına hər zaman kömək əlini uzadan Türkiyə xalqına və hökumətinə təşəkkür etmək istərdim,”, – deyə Feyyaz bildirib.

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir