Erməni tərəfinin postlarının 10-dan 9-u boşaldılıb

26/09/21 7:22

Qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına start verilib.

Transqafqaz.com Yenicag.az-a istinadən xəbər verir ki, Ağdərə istiqamətində erməni tərəfinin postları boşaldılır, Rusiya sülhməramlıları tərəfindən partladılır, Azərbaycan tərəfindən isə buldozerlərlə həmin partladılmış məntəqələr doldurulur.

Məlumatda bildirilir ki, erməni tərəfinin postlarının 10-dan 9-u boşaldılıb. Mövqelərdə isə Rusiya sülhməramlı qüvvələri yerləşir.

Prosesin davam edəcəyi, Ağdərə, Ağdam istiqamətindən sonra Xocavənd istiqamətində postlar boşaldılıb, partladılıb, yerləri doldurulacaq. Beləcə bu proses mərhələli şəkildə sona qədər davam edəcək.