İçimizdə bəslədiyimiz erməni «pasları» — Erməni niyə Fəridə Məmmədovaya «can sağlığı arzulayır»?

26/09/21 12:34

Fəridə Məmmədovanın Albaniya dövrü tariximizlə bağlı yazdıqlarını dəfələrlə tənqid etmişəm və bu şəxsin uydurduğu tarixin Albaniyaya aidiyyatı olmadığını bildirmişəm. Xüsusən də istifadə etdiyi bütün mənbələrin saxta erməni mənbələrindən ibarət olduğunu «Unudulmuş Turanın çöl çiçəkləri» (Bakı 2006) adlı kitabımda dönə-dönə qeyd etmişəm.

Bu gün də Fəridə Məmmədovanın uydurduğu cəfəngiyat Elmlər Akademiyası tərəfindən elmi məxəz kimi qəbul olunmaqdadır. Bircə faktı deyirəm ki, «Əsli Kərəm» dastanın Azərbaycanın Albaniya dövrü dastanıdır və real bir hadisədən qaynaqlanıb.

Mövzuya bir daha qayıtmağıma Youtube-də «КТО КОГО? Армения — Азербайджан | Кто прав? Михаил Финкель VS Эдуард Армагарян | БЕЛОДУБРОВСКИЙ» (https://youtu.be/ZHBVD8Blfh4) kadrlara baxanda erməni həyasızı Eduard Armaqaryanı yəhudi Mixail Finkel dağa dirəyəndə bu erməni tələsik Fəridə Məmmədovanın ətəyindən yapışdı. Eynən F. Məmmədova kimi Qafqaz tayfalarından və erməni irsinin albanlaşdırılmasından tezislər gətirdi və xalası Fəridə Məmmədovanın «cəddinə» and içdi. Anlayın ki, erməni əsillilər haqqında dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, bu gün də eyni yanlış quyuları qazmaqdayıq. Videoya diqqətlə baxın. Azca ağıllı olun. Düşmənə atılan «pasları» heç olmasa izləyin. Onsuz da özgə əlimizdən bir şey gəlmir…

20 fevral 2018-ci il yayınladığımız məqaləni bir daha diqqətinizə çatdırırıq:

Xaqani Ədəboğlu

AĞVANG TARİXİ «ƏSLİ VƏ KƏRƏM» DASTANINDA ŞİFRƏLƏNİB

( Faktlar əsasən «Unudulmuş Turanın çöl çiçəkləri» (Bakı . 2006-cı il) kitabımdan ixtisarlarla tezis şəklində götürülüb).

Bu gün bir çox xalqlar, hətta tarixən dövlət nə olduğunu görməyənlər Albaniya (Ağvang) mirasına qonmaq üçün marığa yatıblar. Nə yazıq ki, bizim başımız özgə işlərə qarışıb. Hərdən düşünürəm ki, bizi Yerdə qayda-qanun yaratmağa göndərən Tanrı bu sarı dəmiri niyə arxamızca yolladı?

Albaniya tarixini öyrənmək istəyənlər «Əsli və Kərəm» dastanından başlamalıdırlar. Bu dastan bir Ağvang (Ağvəng) dastanıdır, onun dili nədirsə, axtardığınız alban dili də odur. Qısa olaraq bildirim ki, ölkənin adı Alban-Vəng sözünü də yanlış olaraq, ermənicə olduğunu düşünürlər. Ermənilər kilsəyə «եկեղեցին (yekeghets’in)-kilsə» deyirlər və bu sözü də ələ keçirmək üçün öz leksikonlarına salmağa çalışırlar. Onlar bu gün də Alban vənglərinə «Qrakakan» deməkdədirlər. Bu «od, günəş evi» deməkdir. Yəni Ağvəng də ilkin anlamda Ağ-işıq, vəng-məbəd deməkdir. Bu gün toponim olaraq işlətdiyimiz Ağdam, Ağdaş, Ağcabədi, Ağdərə, Ağstafa, Ağsu və s. toponimlərin anlamı budur.

Folklorşünaslar yaxşı bilirlər ki, dastan yarandığı dövrü, süjet xəttini təşkil edən hadisəni və nəticəni lakonik dildə şifrələyir. Abbasilər dövrü Xilafətin vəziri olmuş Bin Xaqanın (Xəzər desələr də Bin Xaqan Arsaqlı Ağvan türklərindəndir) dilindən (Cahiz «Türklərin fəzilətləri» adlı əsəri ona həsr edib) yazırdı: «Biz- türklər, tarixi heç bir istəyi olmayan şəxsin yaddaşına köçürərik. O, mətndə heç nəyi dəyişməyə meyl etməz».

Dastanları kimlər yaşatdığını hamımız bilirik. «Əsli və Kərəm» dastanının şifahi və yazılı mətnlərində fərqlər var. Şifahi variantda bu iki şəxsin əmi qızı və əmi oğlu olduqlarını eşitmişdim.16 il araşdırdım. 136 yaşlı o kişi haqlıymış…

Bu dastan kədər notları üzərində qurulmuş və nakam sonluqla bitən tək dastanımızdır. Dastanın yaranma dövrü 680-750-ci illəri əhatə edir. Ağvəng ölkəsində baş verən hadisələrə nəzər salaq: Cavanşirin ölümü, Xəzərlərin və ərəblərin viranedici hücumları, ölkənin ziddiyyətlər içində çarpışması, qohumbazlıq, keşişlərə və yerli inzibati ierarxiyaya qarşı pavlikilər üsyanının başlanması…

Xalq ərəb işğalıyla iki qat zülmə düşmüşdü. Ərəblər Sasanilərdən əxz etdikləri siyasi və inzibati idarəetmə üsuluna üstünlük verməklə yanaşı Albaniyada diofizit məzhəbi zəiflətməklə Bizansla olan münasibətləri pozmağa çalışırdı. Bunun üçün tam tabe etdikləri Qaraman-Qıpçaq Ərməniyyəsi və qaraçı kimi yaşamaqda olan hayların da ibadət etdikləri monofizit məzhəbə tabe etməyə çalışırdı. Səbəb siyasi məqsəd daşıyırdı. İnzibati bölgü kimi isə işğal edilmiş ərazilər I-II-III Ərməniyyə bölgüsünə bölünmüşdü. Ərəb tarixçisi İstəxri yazırdı: “Biz Ərməniyyə, Arran və Azərbaycanı xəritədə birləşdirir və ona bir ölkə kimi baxırıq. Azərbaycanın sərhədləri Tərm və Zəncanın son həddinə çatan dağ silsiləsidir. Sonra bu silsilə Dinəvərin son hüduduna çatır, sonra Hülvan və Şəhrazurun o tərəflərinədək uzanır, daha sonra isə Ərməniyyə hüdudlarını əhatə edir”.

Ağvəng ölkəsi məzhəb baxımından Qıpçaq — Qaraman Ərməniyyəsi ilə daim rəqbətdə olub. Ərəblər düzgün tutmuşdular ki, düşmən bir məzhəbi dəyişməkdənsə İslama keçməyə üstünlük veriləcək. Siyasət özünü doğrultmaqdaydı. Hər iki ölkədə məzhəb fərqi olsa da dini dil hun dili sayılırdı. Ərəblər xristianlardan və müsəlmanlardan fərqli vergilər alırdı. İlkin olaraq ierarxiyanın başında duranlar dinlərini dəyişdilər. Bu prosesin geniş izaha belə ehtiyacı yoxdur. Proseslər Varaz Tiridad 705 -ci il ərəb təbəəliyini qəbul edənədək davam etdi. Dastanın şifrələrinin açılması uydurma hay tarixini zir-zibil kimi kənara atmağa imkan verir.

Ağvəng dövləti konfederal əsaslarla birləşmiş vilayətlərin birləşmiş dövləti idi. Vilayəti Vali (Knyaz) və Qara Keşiş (Baş Keşiş) idarə edirdi. Vali inzibati idarəetməni həyata keçirir, Qara Keşiş isə maliyyə, xəzinə və vergi işlərinə rəhbərlik edirdi. Xəzinə kilsədə saxlanılırdı. Bu sistemin sonralar İslamı qəbul etmiş Bərdədə saxlanmasını Əl İstəxri (X əsr) xüsusi bir təəccüblə qeyd edirdi: «Onların xəzinələri məsciddə yerləşirdi».

Müsəlmanlarda isə xəzinə adətən sarayda saxlanılırdı. Dastanda hadisənin Gəncədə baş verməsi yazılsa da faktlar hadisənin Şamxorda baş verdiyini təsdiq edir.

Türk dastan yaradıcılığında əhd edilmə gələnəyi mümkünsüz bir şeyi etmək kimi anlaşılır. Məsələn 7 qapıya dilənməyə getmək, ayaqyalın oddan keçmək və s. Övladsız Ziyadxan və Qara Keşişin əhdinin şərti ilk baxışda oxucuya ağır görünmür. Buradakı sözləşməyə türklərdə göbəkkəsdi, yaxud da deyikli deyilir. Məsələ buradakı şifrənin nə demək olmasını anlamaqdadır. Ağvan türklərindəki adətlər sak-oğuzlardan qalma idi və indi də bir çox xristianların əxz etdiyi qohumla evlənməni qadağan edirdi.

Bəziləri türk cəmiyyətində endogami və ekzogami ailə qurma sisteminin olduğunu yazması yanlışdı. Demək ki, Qara keşiş və Ziyadxan əmioğlu idilər. Onların övladları evlənə bilməzdilər. Mümkünsüz olan da elə budur. Çünki bu evlənmənin cəzası ölümdü. Yəni əhdin şərti göründüyündən də ağırdı. Müsəlmanın xristianla evlənmə qadağası yoxdu. Hətta Peyğəmbər özü Mariya-Məryəm (Dastanda Əslinin də adı Məryəm olması, məhz bu fakta işarədir) adlı bir qadınla evləndiyi faktı var. Ziyadxan İslamı qəbul edib etnik olaraq əmoğlu oduğu Qara Keşişlə mənən yadlaşır ki, gənclərin qarşısındakı bu maneə qaldırılsın…

Amma yeni bir keçilməzlik səddi yaranır. İndi də din ayrımçılığı keşişi radikal addım atmağa sövq edir.

Dastanın bənzəri sayılan «Tahir və Zöhrə» dastanında da qəhrəmanlar əmi qızı və əmi oğludurlar. Yəni bu süjet qohum evliliyinin ayaq açmasına işarət edir. Dastanın türk dünyasında yayğın olması və Əsliyə Xan Əsli deyilməsi də dastandakı qəhrəmanların türk olduğuna işarədir. Çünki türklər özünün olmayan heç bir şeyə Xan titulu verməzlər. Nə Orta Asiyada yayılmış «Kozis Körpəş və Bayan Sulu» adlı dastanda (Kozis Albaniya ordusunda bir sərkərdə adı olduğu məlumdur. Sulu isə Əsli anlamındadır), nə də Osmanlıda yayılmış variantda keşişin hay olmasından söz açılmır. Türkiyədə keşişin xristian qıpçaq olduğunu yazarlar. Bəs hay(erməni) olması fikri, məkrli hayın kirli əli bu pak məhəbbət dastanına necə yol tapıb?

Dastanı ilk dəfə erməni aşıq Civani 1888- ci ildə Aleksandropolda nəşr etdirib. Şərhə ehtiyac qalmır. Millətimiz də kitab oxumaqdan çox kitaba inanmaqla məşhurdur. Əslinin haylaşdırılmasına asanlıqla nail olan mənfur qonşularımız artıq Kərəmin də erməni gənci olmasını planlaşdırıblar. 1987- ci ildə A.Y. Kokovkin Ermənistan SSR EA Tarix -filologiya jurnalının 1-ci sayında (s.234-235) «Velikiy master zolotogo delo Varazo» adlı bir məqalə çap etdirdi. Məqlədə Vrazo Şamxorun məşhur erməni zərgəri kimi təqdim edilir. Varazonun kimliyini biləniniz varmı?

İndi bu mövzuya toxunacağam!!!

…Keşiş artıq qohumluqdan başqa din səddini də keçmək zorunda olduğuna görə qaçmağa üz tutur. Qara bəyin getdiyi yol İbrahim peyğəmbərin getdiyi yoldur. Bu yol boyu xəritəni cızın və türklərə məxsus Od-İşıq evlərinin yerlərini görəcəksiniz. Burada Od və Kəbəyə işarətlər var. Dastanın xristian türklərin dastanı olmasını onun süjet xəttinin bir İncil kəlamı üzərində qurulması sübut edir. İncil (Matta): «Qabağında hər şeyi atəş udur, arxasında isə alov yandırır». İsmaililərin gəlişiylə bağlı olan bu deyimin: «Qabağı od yandırır, arxası alov saçır»-kimi tərcüməsi də mövcuddur. Kərəm Əslinin yaxasındakı-düyməsindən, yəni qabaqdan çıxan odla yanıb kül olur. 40 gün yas tutan (40 günlük yas da türklərə aiddi) Əsli isə saçı ilə, yəni arxadan Kərəmin külünü süpürən zaman qalmış bir qordan alovlanıb kül olur. Dul qadın üçün deyilən «Saçını süprgə etmək» deyimi qeyri heç bir xalqda yoxdur. Bu aşiqlər üçün tikilən künbəzdə Sofi mücəvvür olur. Mücəvvür Kəbə xidmətçilərinin adıdı. O evi tikəni bilirik-deyir bu dastan. Başqa bir işarət isə, müsəlmanların qəbir itməlidir, təlimatına qarşı əsrlərlə mübarizə aparan Azərbaycan türkləri öz əzizləri üzərində künbəz tikməyi heç zaman tərgitmədilər və bunu Naxçıvana səyahət edən Övliya Çələbi heyrətlə yazmışdı.

 

Çox mənbə sayıb sizlərə əziyyət vermədən Musa Kolanqtlının da qələmə aldığı bir hadisəyə diqqət edək: «Albaniya knyazları arasında yaxın qohumlar arasında evlənmə baş vermişdi. Varazmanın nəvəsi Vaxtanq oğlu Varazo, həmin Varazmanın nəvəsi Vardonuhi ilə evlənmişdi. Katolikos Mikayıl onları kilsədən uzaqlaşdıraraq dedi: «Bunu etməyə haqqınız yoxdur. Çünki hər ikiniz bir babanın nəvələrisiniz». Varazo Gürcü katolikosu Talilaya müraciət edir və Talila deyir: «Əgər mənim məzhəbimdənsinizsə onda xoşbəxt olun. Əgər alban adətlərinə razısınızsa, onda özünüz bilin». Burada da erməni barmağı işləyib. Güya katolikos Mikayıl Makenos vəngindən keşiş Salomonu şağırır. Axmaq hay unudur ki, bu dövr erməni-alban qarşıdurması ən pik həddə olduğu bir dövrdür. Sanki bizdə hökumət müşavirəsinə Sarkisyanı çağırmaq nə qədər mümkündürsə, hay keşişini də bu yığıncağa çağırmaq o dərəcə də mümkün idi. Digər bir tərəfdən hay tarixində çar Qagik öz doğma bacısıyla evlənmişdi (Pərixanyan). Yəni hayın belə bir məsələ ilə bağlı Albaniya kilsə yığıncağına dəvət olunması uydurmadır və çox güman ki, sonradan artırılıb. Çünki İ. Dyakonovun da üzvü olduğu redaksiyada N.Yankovski və V. Ardzinbanın birgə redəktəsiylə hazırlanmış Hett (Hatti, Hititt) tarixi oçerkində Hayasanın «şanlı» tarixinə aid qeydlər var: «Hatti çarı öz bacısını (hayasa çarı) Xukkanasa ərə verir və deyir: «Hatti ölkəsində bir qanun var. Qardaş bacısıyla evlənə bilməz, bu günahdır (Bu sözlər üzərindən A. Kammenxuberin Asmu-Nikalın hay çarı Arnuvandasın həm arvadı, həm də bacısı olması barədə dedikləri öz təsdiqini tapır). Belə iş görən öldürülür. Sizin ölkə barbar ölkədir. Orada bacı və qohumlarla ailə qurulur. Amma Hattidə bu iş qadağandır. Bir gün gəlinin eyni anadan və eyni qandan olan bacısı sizə qonaq gələrsə yeyib-için, oxuyun, şənlənin. Əgər arvadının bacısıyla evlənmək fikrinə düşsən bunun cəzası ölümdür. «Mətndən aydın olur ki, hattilərdə evlilik sistemi ekzoqami (xarici evlənmə — türklərdə «Qızımı 7 biyana yada verərəm» ekzoqami sistemi) sistemi vardı. Mətndən aydın olur ki, hayasa çarına saraydan və hətta Atssi ölkəsindən olan başqa qadınlarla da evlənməyi qadağan edir…

Yuxarıda adını çəkdiyim zərgər Varazonu erməniləşdirməyə çalışan ermənilər bu tarixçəni bilir və ona görə onu erməni qızıl işinin ustası kimi təsdiqləməyə çalışırlar. Sonra isə bizə sübut etməyə çalışacaqlar ki, Əsli mənim, Kərəm mənim. Dastan sizin niyə olur?

Daha bir nüansa toxunmaq istəyirəm. Bizim biliksiz gənclər bir erməni təbliğat şəbəkəsinin Qıpçaq-Oğuz qarşıdurması yaratmaq amacıyla ortaya atdıqları bir tələyə asanlıqla düşürlər. Türk toplumları arasında qarşıdurmalar daim olmuş və bu gün də var. Lakin məkrli düşmən bu oyunu ortaya ataraq daim iç-içə və qucaq-qucağa olmuş bir toplumun içinə şübhə toxumları səpməyə çalışırlar. Oxuyun və həqiqəti saxta profilli hayların uydurmalarından deyil, mənbələrdəən öyrənin. Qıpçaq da, Oğuz da bizimkidi. Onların igidliklərini sevdiyimiz kimi yanlışlarına da sahib çıxmalıyıq. Başqa bir faktor isə bizim uydurmaçıların ermənilərdən əxz etdikləri saxta mənbələr əsasında bizə sırıdıqları və gənclərimizi çaş-baş salan «alban milləti, alban dili» və s. deyimlərdi. Bir daha təkrarlayıram ki, Ağvang-Albaniya konfederal dövlət olub və buradakı tayfaların böyük əksəriyyəti türklər idi. Alban dili dediyiniz və axtardığınız dil isə elə «Əsli və Kərəm» dastanın dili nədirsə, elə odur. Herodotda bir albanlara aid söz verilib. Turş meyvədən hazırlanan şeyə albanlar «ASXİ-ACI» deyirdilər. Hansı dildə olmasını tapın oxuyun.

Oxumayan «Albanşünas»lar tariximizə aydınlıq gətirmək əvəzinə əməlli-başlı qarmaqarışıqlıq yaradıblar. Bu araşdırmaların akademik səviyyələri çox aşağıdı. Əslində Fəridə Məmmədovanın saxta erməni mənbələri üzrə getdiyi yoldan kimsə kənara çıxmayıb. Bəzi yazılarda «qriqoryan Alban kilsəsi», «erməni qıpçaqcası» və s. kimi ibarələrə rast gəlirik. Əslində bu deyim «saç-saqqallı kosa» ibarəsinə bənzəyir. Birincisi, Albaniya apostol kilsəsi həvvari görmüş bir kilsə idi. İkincisi, məzhəb baxımından haylar monofizit, Albaniya əhalisi və digər türklər isə diofizit məzhəbli idilər. Üçüncüsü, «erməni qıpçaqcası» ibarəsi yanlışdı. Ərməniyyə türk ölkəsi idi. Əsas danışıq və dini dil hunca-qıpçaqca idi. Haylar Bizans təsirinə düşdükdə Qriqoryanlığa, İran təsirinə düşdükdə isə mitraizmə üz tutur və öz məbəd hiyeredulluqlarını-müqəddəs məbəd fahişəliyini tez-tez dəyişirdilər. Ərməniyyə ölkəsinin nə maddi, nə də mənəvi mirasının haylara heç bir dəxli yoxdur. Ərməniyyə xristianlığı qəbul edən ilk türk ölkəsi idi.

Əhalisi hun, qaraman (xüsusən də ərmənək-armenak tirəsi) və qıpçaqlardan və s. ibarət idi. Xristianların əsas kitablarından sayılan «Apostol qaydaları»nı yazan Dionisi, yunanlar Skif Abbatı (V-VI əsrlər) adlandırdılar. İohann isə Albaniyada Hun yepiskopu adlandırılırdı. İlkin xristianlıq dili bu bölgədə hun dilində idi. Ərməniyyə əhalisi, əsasən qaramanlar (Müsəlman ərmənəklər Türkiyədə yaşasa da, xristian qaramanlar Trakyaya sürgün edildilər-1923 cü il), qıpçaqlar səlcuklular dönəmində Mərkəzi və Şərqi Avropaya getməyə məcbur oldular. Hun-Oğuz rumlu xristian boyları 1530- cu ildən sonra Gürcüstan və Şimali Qafqaz bölgələrinə qovuldular. Ataman kazakları bu soyun assimlyasiya uğramış bir qismi olsa da, digər türkdilli qismi hazırda rumlu-grek adıyla dediyim ərazilərdə yaşamaqdadırlar. Xaqani Şirvani və Nəsimi Ərmənilərə aid şeirləri var. Xaqani (XII əsr) öz şeirində ərmənləri nasturi,yəni nestorian adlandırır. Bu da qriqoryanlıqdan tam fərqlidir:

XÜSUSİYLƏ, BU NƏSTURİ MƏZHƏBİNDƏ OLAN QONŞU,

HÖRMƏTİMİ ÇOX SAXLAYAR İKİNCİ BİR İSA QƏDƏR…

Orada yalnız din ayrılığı qeyd edilməsi eyni soydan olduğumuzu gösrərir. «Danışməndilər» dastanı Ərmənlərin dastanıdır və türk dilindədir. Albaniyanın əhalisi içərisində əsas yeri-qarqar, sabar, bulqar, beçeneq, barsil, alpin, koman və s. tayfalarıntutmasını kmsə dana bilməz. «Albaniya» adı siyasi-inzibati mövqe bildirən bir etnonimdi. Ölkə adı isə Ağvang toponimidi.

Ərməniyyə, Midiya və Albaniya (Ağvang) sak-oğuzların ölkələridir. Onların üzərindən pərdələr qaldırılmalıdır. Oğuz Günəşinin işığı tarixin çox qaranlıqlarına işıq salacaq. Hətta xristianlıqda və qeyri dinlərdə öz izlərimizi görəcəksiniz.

«Tarixin dili,dilin tarixi» kitabımda bunlar araşdırılmış faktlara uyğun tezislərdi.

Tarix kimsəyə heç zaman «əlvida» deməz, hər zaman «görüşənədək» deyər. Tariximizlə görüşməyə niyə tələsmirik?

Mənbə: Fedai.az