Ermənistan anlamalıdır ki, diplomatik pərdə altında “odla oynamaq” çox ağır nəticələrə gətirib çıxaracaq…

03/02/22 9:48

Ermənistan danışıqları yenidən dalana dirəyir – bu dəfə münaqişədən sonrakı nizamlanma çərçivəsində.

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan mətbuat konfransı zamanı Azərbaycanla sülh müqaviləsinin imzalanmasının “Qarabağ münaqişəsinin həlli ilə əlaqəli olduğunu” bəyan etməklə kifayətlənməyib, şəffaf şəkildə İrəvanın bu “münaqişənin həll olunmadığını” da qeyd etməklə eyham edib. Erməni diplomatiyasının rəhbəri qeyd edib: “Hələ həll yolu tapılmayıb və biz bu formatda danışıqları davam etdirməliyik. Onun həlli yollarından biri isə ümumi sülh müqaviləsinin parametrlərini müəyyən etmək, onu işləyib hazırlamaq və imzalamaqdır”. Sonra əlavə edir: məlum olur ki, Minsk Qrupunun hazırladığı nizamlanma prinsiplərini “xatırlamaq vacibdir”, xüsusən də Qarabağ “xalqının” öz müqəddəratını təyinetmə hüququ.

Siz Mirzoyanın nitqini bənd-bənd söküb xatırlada bilərsiniz ki, ATƏT-in Minsk Qrupunun sənədlərində heç bir “Dağlıq Qarabağ xalqı” adı çəkilmir. Söhbət əhalidən gedir, burada yaşayan iki icma – erməni və azərbaycanlı icmasından. Cənab Mirzoyandan soruşmaq lazımdır, referendumda Dağlıq Qarabağdan, o cümlədən  Şərqi Zəngəzurdan azərbaycanlı məcburi köçkünlər, iştirak edərsə, “öz müqəddəratını təyinetmə” nəticəsi necə olacaq?.

Minsk Qrupunun təkliflərini formalaşdırdığı prinsiplər sırasında öz müqəddəratını təyinetmə də birincisi, ərazi bütövlüyü və sərhədlərə hörmətlə yanaşmaq qeyd edilir. İkincisi, Minsk Qrupu Qarabağın erməni icmasına,  xüsusi olaraq separatçılara “öz müqəddəratını təyinetmə prinsipi” ilə bağlı söz verməyib.

Erməni tərəfi bu mənasız “söz fəndlərini” istədiyi qədər işlədə bilər lakin, bütün bu mübahisələr 2020-ci ilə qədər məna kəsb edirdi. O vaxta qədər ki, növbəti erməni təxribatıları danışıqları pozaraq mənasız etdi və Ermənistan-Azərbaycan münaqişəsi hərbi yolla öz həllini tapdı.

Bundan sonra “turist”  həmsədrlərin bütün təklifləri arxivə – “tarixin zibilliyinə” göndərildi. Rusiyanın kafelərində, İrəvanın manqalxanasında “şaurma” hazırlayan ermənilər və faşist əhval-ruhiyyəli olaraq siyasətdən danışan şovinistlər bunu başa düşməyə bilər, amma Xarici İşlər Nazirinin bunları söyləməsi Ermənistanın bir dövlət kimi baş tutmamasını, xəstə təxəyüllü cinayətkarlar tərəfindən idarə olunduğunu sübutudur.

Ancaq Serj Sarkisyanın ardınca özünün də iştirak etdiyi danışıqların mahiyyətini anlamayan cənab Mirzoyanın diplomatik bacarıqlarından söhbət gedə bilməz. Məsələlər göründüyündən də, daha təhlükəlidir. Ararat Mirzoyanın açıqlaması təəssüf ki, ən pis qorxuları təsdiqləyir. İrəvanda onlar nəinki Minsk Qrupu çərçivəsində danışıqlara qayıtmaq və Qarabağın statusu mövzusunu da “canlandırmağa” ümid bəsləyirlər, həm də burada “münaqişənin” bu yolla “işlək” vəziyyətdə qalmasını istəyirlər.

Və “münaqişə hələ həll olunmayıb”, “Qarabağın statusu müəyyənləşdirilməlidir” və s. kimi bütün epitetlr Ermənistanın Azərbaycan torpaqlarına iddialarını ört-basdır etməyə xidmət edir.

Bir sözlə, cənab Mirzoyan Ermənistanın 30 il olan mənasız danışıqlarından istifadə edərək “status-kvonu” necə saxlamağa çalışırdısa, eyni “arqumentləri” yenidən səsləndirir.

Və bu, ilk baxışdan göründüyündən qat-qat təhlükəlidir, əslində İrəvan gələcək müharibə üçün zəmin hazırlayır, “minalar” qoyur. Ancaq yenə də əsl xırdalıqları – qüvvələrin həqiqi hərbi nisbətini unudur.

Ermənistan üçün yeni müharibənin 2020-ci ilin payızında baş verənlərdən daha böyük miqyasda bədnam fəlakət olacağını düşünmürlər.

Azərbaycan sülhün tərəfdarıdır, lakin istənilən ssenariyə hazırdır. Ermənistan anlamalıdır ki, diplomatik pərdə altında “odla oynamaq” çox ağır nəticələrə gətirib çıxaracaq…!

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir