“Qış Qartalı” əməliyyatı: Suriya və İraqda çoxlu sayda terrorçu məhv edilib

02/02/22 4:50

ANKARA. 02.02.2022

Türkiyənin Müdafiə Naziri Suriya və İraqda terrorçulara uğurlu zərbələr endirdiyini açıqlayıb

“Qış Qartalı” əməliyyatında iştirak edən bütün təyyarələr tapşırıqlarını uğurla yerinə yetirərək baza hava limanlarına qayıdıblar. Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriya və İraqda terrorçuların hədəflərinə endirilən hava zərbələrini şərh edərkən bildirib.

Türkiyə müdafiə idarəsinin rəisi çərşənbə axşamı Baş Qərargah rəisi və hərbi bölmə komandirlərinin müşayiəti ilə ölkənin Hərbi Hava Qüvvələrinin qərargahına baş çəkib.

Akar qeyd edib ki, hava zərbələri PKK terrorçularının fəal şəkildə fəaliyyət göstərdiyi və məskunlaşdığı ərazilərə endirilib: “Derik, Sincar və Karacak bölgələrində terrorçuların sığınacaqları dağıdılıb, PKK yaraqlılarının gizləndiyi mağaraların girişləri dağıdılıb. Əməliyyat Türkiyənin təhlükəsizliyinə İraq və Suriya ərazisindən gələn potensial təhlükəni aradan qaldırmaq məqsədi daşıyıb”, – deyə türkiyəli nazir bildirib.

Nazir vurğulayıb ki, Türkiyə ordusunun bütün hərəkətləri BMT Nizamnaməsinin hər bir dövlətin özünümüdafiə hüququnu tanıyan 51-ci maddəsinə əsaslanır.

Eyni zamanda o qeyd edib ki, əməliyyatın planlaşdırılması və həyata keçirilməsi zamanı qonşu dövlətlərin mülki əhalisinin təhlükəsizliyinə xüsusi diqqət yetirilib.

“Əməliyyat zamanı əsasən yerli istehsal olan sursatlardan istifadə olunub. Terrorçular ciddi itkilər verirlər. Çoxlu sayda yaraqlı zərərsizləşdirilib”, – deyə Akar bildirib.

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir