İsrail Müdafiə Nazirindən sərt açıqlama…

05/08/21 5:29

İsrail müdafiə naziri Benni Qantz BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin səfirlərinə verdiyi açıqlamada deyib.

“İran beynəlxalq nüvə anlaşmasının bütün qaydaları pozdu və nüvə silahı üçün lazım olan hərbi dərəcəli materialları əldə etməsinə cəmi 10 həftə qalıb”, – nazir bildirib.

Qantz İranın səylərinə qarşı adekvat addımların atılmasına ehtiyac olduğunu söyləyib: “İndi hərəkətə keçmək zamanıdır, danışmaq bəs etmir. Diplomatik, iqtisadi və hətta hərbi addımların atılmasının vaxtıdır, əks halda hücumlar davam edəcək”.

Eyni zamanda, Benni Qantz İsrailin İran xalqını düşmən kimi görmədiyini də diqqətə çatdırıb:

“İran rejimi bizi təhdid edir və regional silahlanma yarışını qızışdırır”.

Transqafqaz.com