Kanadanın Baş Naziri Qaçqınları qəbul etməyə hazır olduqlarını bildirib…

29/01/17 1:07

ABŞ Dövlət Başçısı Donald Trampın imzalayaraq qüvvəyə minən 120 gün ərzində ölkəyə mühacirət edənlərin qəbulunu dayandıran fərmanından sonra Kanadanın Baş Naziri Castin Tryudo qaçqınların Kanadaya gələ biləcəyini deyib.

ABŞ Prezidenti Donald Trumpın imzaladığı Suriyalı qaçqınların ABŞ-a gəlişinin qarşısını alan və İraq, İran, Suriya, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının ölkəyə girişini qadağan edən fərmanının cümə günü qüvvəyə minməsindən sonra Nyu-yorkda Con F. Kennedi Aeroportunda iki İraq vətəndaşı göz altına alınmışdı. Donald Trumpın imzaladığı fərmandan bir gün sonra Kanada Baş Naziri Justin Tryudo Twitter hesabından yazdığı yazısında Dinindən asılı olmayaraq, zülmdən, terrordan, müharibələrdən qaçanları Kanada qarşılamağa hazır olduğunu bildirib. “Müxtəliflik bizim gücümüzdür”. Deyib.

Transqafqaz.com

Tərlan Turançı