KİV: Zelenskini öldürmək üçün Putin “Vaqner” quldurlarını göndərdi

28/02/22 12:47

Kremlin əmri ilə Kiyevdə 400-dən çox “Vaqner” üzvü fəaliyyət göstərir ki, onlar prezident Vladimir Zelenskini, hökumət üzvlərini qətlə yetirsinlər və Rusiyanın hakimiyyəti ələ keçirməsi üçün zəmin yaratsınlar.

Bu barədə Britaniyanın “The Times” nəşri yazır.

Prezident Putinin ən yaxın müttəfiqlərindən biri, oliqarx Yevgeni Priqojin tərəfindən idarə olunan özəl hərbi şirkət olan “Vaqner Qrupu” 5 həftə əvvəl Afrikadan gətirilmiş muzdlu əsgərlərini, külli miqdarda pul müqabilində Zelenski hökumətinə sui-qəsd etmək missiyası ilə Kiyevə göndərib.

Məlumata görə, onların planı barədə xəbər şənbə günü səhər Ukrayna hökumətinə çatıb və bir neçə saat sonra Kiyev şəhəri rus diversantlarından təmizləmək üçün 36 saatlıq “sərt” komendant saatı elan edib.

Şəhər hakimiyyəti mülki əhaliyə xəbərdarlıq edib ki, komendant saatı zamanı küçəyə çıxan hər kəs Kremlin agenti sayılacaq və ləğv olunacaq.

Nəşrin yazdığına görə, vaqnerçilər Kremldən hücum üçün yaşıl işığı gözləyirlər və onların siyahısına 23 nəfər, Baş nazir, Nazirlər Kabineti, Kiyev meri Vitali Kliçko və onun qardaşı Vladimir də daxildir.

Times mənbələri yanvar ayında Ukraynaya müxtəlif tapşırıqlarla 2000-dən 4000-dək muzdlu əsgərin gəldiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir