Moskva – rubl ucuzlaşır, dollar tarixi maksimuma qalxdı

28/02/22 12:32

Moskva birjası açılan kimi dollar 95 rublu keçib.

Hazırda dollar 95,5, avro isə 107,35 rubla qalxıb.

Bu, tarixi maksimumdur.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması qərarından sonra ötən gün rublla bağlı xaos yaşanır. Bəzi banklar artıq dolların kursunu fantastik dərəcədə bahalaşdırıb. Məsələn, “Tinkoff” bankında bir dollar 170 rubla, bir avro isə 182 rubla satılır.

“Rayffayzenbank”da bir dollar 150, avro isə isə 169 rubla təklif olunur.

“Promsvyazbank” əhalidən ABŞ valyutasını 72,94 rubla alır və 132,94 rubla satır, avronu isə müvafiq olaraq 83,38 rubla alır, 143,38 rubla satır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir