Milliyyətçi Hərəkat Partiyası Rusiya sülhməramlılarının ölkədən çıxarılması barədə bəyənat qəbul edib.
Bəyanatda deyilir.
Dağlıq Qarabağa yerləşmiş “Rusiya Sülhməramlıları” Azərbaycan dövlətinin süverenliyini ceynəyən adımmlar atması azmış kimi indi də Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibəti ilə “təntənəli keçidin” təlimlərinə başlamasını göstərən video xəbərlər yayılıb. Xocalı şəhərindəki aeroportda təlimlərə 400-450 nəfərə qədər Rusiya hərbiçisi cəlb edilib.
Bu Rusiyanın Azərbaycan dövlətinin suveren ərazisində mandatına uyğun olmayan davranışının davamıdır, Rusiyanın imperialist siyasətinin təzahürüsür, Azərbaycan xalqının suverenliyinə hörmətsizlikdir. Dünyanın heç bir sülhməramlı ordusu yerləşdiyi ölkədə hərbi parad keçirmir. Hətta Ermənistanda Rusiyanın hərbi bazası olduğu halda orada heç bir tədbir keçirməyi planlaşdırılmadığı halda Azərbaycan ərazisində bunu etməsinin anlamı nədir? Azərbaycan dövlətinin suveren ərazisində,onun Xankəndi şəhərində Qələbə paradı keçirməsi yolverilməzdir . Biz bu halı Azərbaycan dövlətinə qarşı Rusiyanın sayğısız davranışının növbəti təzahürü kimi qiymətləndirir, özünü Dağlıq Qarabağın sahibi kimi dünyaya nümayiş etdirməsi cəhdi kimi qətiyyətlə pisləyir və Rusiya “Sülhməramlılarının ” təcili olaraq Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirik.
Rusiya dövlətinin Azərbaycanın suveren ərazisində hərbi paradın keçirilməsi yolverilməzdir.
20.04.2021-ci il