“Naxçıvanda yumurtanın pərakəndə satışına 10 günə yaxındır ki, limit tətbiq edilib”.
Bu haqda “Turan” Agentliyinin bölgə müxbiri xəbər verir.
Buna da bax: Yeni rüsumlar qüvvəyə mindi, amma quşçular buna sevinmir…
Bölgə müxbirinin bildirdiyinə görə, hər bir şəxsə yalnız 30 ədəd yumurta verilir. Yumurta satışına nəzarəti Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları həyata keçirirlər.
Müxbir xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları limit tətbiq olunmasının səbəblərinə aydınlıq gətirmirlər.
“Sual verəndə ki, Naxçıvanda broyler fabrikləri ola-ola niyə yumurtaya limit tətbiq edilir. Cavabları bu olur ki, “biz bilmərik””.
Buna da bax: Yumurtanı 35 qəpiyə almaq istəmirsənsə…
Xəbərdə qeyd edilir ki, Naxçıvanda bir neçə broyler fabriki olsa da onların heç biri, əslində fəaliyyət göstərmir.
Youtube Kanalımıza abunə də ola bilərsiz: