Obama və Ərdoğan Suriyada ümummilli atəşkəsin tətbiqinə çağırıblar

16/12/16 8:55

ABŞ prezidenti Barak Obama Suriyanın Hələb şəhərində atəşkəsin tətbiqində göstərdiyi səylərə görə  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana minnətdarlığını bildirib. Hər iki lider Suriyada tərəflər arasında atəşkəsə və münaqişənin siyasi yolla həllinə dair razılığın əldə edilməsinin vacibliyini qeyd ediblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilib.

 

Obama və Ərdoğan həmçinin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyasının İŞİD-lə mübarizədə fəaliyyətini müzakirə ediblər. Prezidentlər son illər Türkiyə və ABŞ arasında “isti və səmərəli əlaqələr”in qurulmasını qeyd ediblər.

 

Obama İstanbulda PKK tərəfindən törədilən terror aktlarına görə Ərdoğana başsağlığı verib.