Neft erası bitdimi?! Diktatorların yarpaq tokümü başlayır…Əli Mustafa

24/04/20 5:35

“Qara qızıl” adlanan bu mazut parçası 100 ildən çoxdur Azərbaycan xalqının lənətinə çevrilib… Onun iyinə gələnlər bu ölkənin insanlarına fəlakət və yoxsulluq, diktatura və istibdad gətirdilər… Təbii, ALLAHIN bəxş etdiyi yeraltı sərvəti müqavimətsiz-filansız sümürüb apara bilmələri üçün bu torpağın üstündə yaşayan və ona sahiblik haqqı olan xalqı, səsini çıxartmasın, etiraz etməsin deyə bir küncə sıxmaq və itaətdə saxlamaq üçün başına amansız bir rejim tikmək lazım idi…
27 il oncə bir Türk jurnalisti somuşdu:” Demokrasi bitdimi?!”
Bəli, 27 il öncə Azərbaycanda demokrasi bitmişdi, neft sümürgəçiliyi başlamışdı, indi isə neft dönəmi bitir…

Neft və demokratiya! Təəssüf ki, ikisi bir arada ola bilmir! Tarixdə istənilən qədər örnək var. Təqribən 18-ci əsrdən başlayaraq monarxiya və diktaturalar respublikalarla əvəzlənməyə başladı! Yəni bir nəfərin iradəsilə idarə olunan dövlətlər xalqların iradəsilə, qanunların aliliyilə yönəltilən dövlətlərlə əvəzləndi. Amma birdən paradoksal şeylər baş verməyə başladı…XX əsrin başlanğıcında kürəsəl güclərin diktəsilə Avropa və Amerika dövlətləri bir araya gələrək Birinci Dünya savaşı çıxartdılar və Osmanlı tabeliyində olan neftlə zəngin ərəb coğrafiyasını işğal edib onu çoxlu Ərəb dövlətlərinə ayırdılar və hərəsinin də başına bir monarx və ya diktator tikdilər (təsəvvür edirsinizmi, xx əsrdə). Məntiqlə bu dövlətlər yerli xalqların idarə etdiyi respublikalar olmalı deyildimi?! Dünyadanın qərbində demokratiya, respublika üsuli-idarəsinin vüsət almasına dəstək verən, hətta bir çox kralların, imperatorların devrilməsinə yardımçı olan kürəsəl sümürgəçi güclər dünyanın şərqində, xüsusilə də ALLAHLA mücadilədə hədəf seçdikləri müsəlman xalqların yaşadığı coğrafiyada xuntalar yaratdılar! Hətta bu xalqların demokratiyaya hazır olmadığının sübutu kimi içlərindən mağara təfəkkürlü birilərini tapıb başa qoydular və beləcə xalqların başını başdakı zalımların zülmüylə qatıb trilyon dollarla hesablanacaq nefti sümürüb apardılar, satdılar və daha da varlandılar!
Neft erasının bitməsi neft ölkələrində demokratiyanın önünün açılmasına bir vəsilədir! Amma…10 illərlə beynəlxalq irticayla işbillikçisi, kompanyon olmuş yerli iqtidarlar, “milli diktatorlar” etdikləri pisliklərdən dolayı xalqın qisasından qorxaraq hər vəclə qurduqları anti-insanı rejimləri qorumağa çalışacalar. Düzdür, bu cəhdlərin perspektivi olmasa da hər halda demokratikləşmə sürəcini uzada, millətə yeni kataklizmlər yaşada bilər. Odur ki, keçidin doğru yöntəmlərlə aparılması çox önəmlidir. Xüsusilə də nəzərə alsaq ki, ortada olan siyasi güclər aşagı-yuxarı demək olar ki, əksəriyyəti uzun illər davam edən beynəlxalq sümürgəçi projedə rol almışlar…

Ölkəyə demokratiyanın gəlişi də, ərazi bütövlüyünün bərpası da XALQın siyasi proseslərə birbaşa yön verməsindən keçir!
Yeganə sağlam gücün, istifadə olunmamış aktyorun XALQ olduğunu düşünür və XALQın kimsəyə güvənmədən təşəbbüsü öz əlinə almasını qələbənin rəhni sayıram!!!

P.S. Yeri gəlmişkən, Şimali Koreyanın “namuslu” diktatoru Kim Çen İnin də dünya həyatı ilə vidalaşdığı bildirilir. Təbii, hansı zalım müstəbid qurdla qiyamətə qalıb ki?!