Obama Türkiyəyə yardım təklif edib.

01/01/17 1:37

ABŞ Prezidenti Barak Obama komandasına Ortaköy-dəki hücuma əlaqədar Türkiyəyə yardım göstərmək tapşırığı verdi.

ABŞ Prezidenti Barak Obama İstanbulda baş verən terror hücumu ilə bağlı verdiyi bəyanatda, günahsız insanların həlak olmasından təəssüfləndiyini bildirərək, həlak olanların yaxınlarına başsağlığı verib.

Ağ Evin Mətbuat Sözçüsü Erik Şults tərəfindən edilən yazılı açıqlamada, ailəsiylə birlikdə Hawaii-də olan Obamanın İstanbuldakı terror hücumu ilə bağlı məlumatlandırıldığı bildirilib.

LAZIMİ DƏSTƏK VƏ YARDIM ÜÇÜN GÖSTƏRİŞ VERDİ

Obamanın, “günahsız insanların həyatlarını itirməsindən dolayı üzüntüsünü dilə gətirdiyini və həyatlarını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verdiyini” qeyd edən Şults, Obamanın, Türkiyəyə zəruri dəstək və yardımın göstərilməsi haqqında müvafiq təlimat verdiyini bildirib.

Transqafqaz.com

Mirvari Rza