Paytaxt Kiyev səmasında işğalçının Su-27 təyyarəsi vuruldu – Video

25/02/22 11:12

KİYEV. 25.02.2022

Kiyev səmasında Rusiyanın Su-27 qırıcısı məhv edilib.

Bu barədə “Avropa həmrəyliyi” partiyasından olan deputat Aleksey Qonçarenko məlumat yayıb.

O, təyyarənin yeni vurulduğu, yoxsa bir neçə saat əvvəl vurulan təyyarə haqda yazdığını qeyd etməyib.

Qeyd edək ki, yerli vaxtla saat 05:00 radələrində Kiyevdə evlərin birinin üzərinə vurulan təyyarənin qalıqları düşmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir