Rusiya-Ukrayna danışıqlarının ikinci raundu başa çatıb

04/03/22 9:50

BREST. 04/03/2022

Tərəflər Belarusun Brest vilayəti ərazisində görüşüblər

Rusiya və Ukrayna arasında danışıqlar Belovejskaya Puşada başa çatıb, tərəflər üçüncü raundda məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Ukrayna nümayəndə heyətinin rəhbəri, Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyaka istinadən KİV-in məlumatına görə, danışıqların üçüncü raundunun ən qısa zamanda keçirilməsi planlaşdırılır. Eyni zamanda, Podolyak qeyd edib ki, Kiyev Rusiya tərəfi ilə danışıqlar zamanı Ukraynanın ümid etdiyi nəticələri almayıb.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də öz növbəsində bildirib ki, tərəflər danışıqlarda bəndlər üzrə anlaşma əldə edə biliblər.

Həmçinin bildirilir ki, Rusiya və Ukrayna bir sıra humanitar məsələlər, o cümlədən humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəs mümkünlüyü barədə razılığa gəliblər.

Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbasında xüsusi hərbi əməliyyatın başlandığını elan edib. Bunun ardınca rus ordusu Ukraynaya hücum etdi.

Ukrayna şəhərləri, o cümlədən Kiyev raket və bomba hücumlarına məruz qalıb.

Ukrayna prezidenti Vladimir Zelenski cavab olaraq bütün ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu bildirib.

Ukrayna lideri Rusiya ilə diplomatik əlaqələrin kəsildiyini də açıqlayıb.

Kremlin hərəkətləri BMT-də və dünyanın əksər paytaxtlarında pislənilib.

Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilib.

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir