Rusiyanın «artsax müdafiə ordusu» ifşa olunmalı və bu mənfur rus planı üzə çıxarılmalıdır…

20/02/22 10:24

Xaqani Rzaquliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri, II qrup Vətən müharibəsi əlili

 

 

 

 

«Sülhməramlı» adıyla ölkəmizə soxulan rusməramlıların əsas vəzifəsi məğlubiyyətdən sonra pərən-pərən edilmiş Rusiyanın 366-cı polkunun bazasında yaratdığı «artsax müdafiə ordusu» adlı erməni quldur-separatçı birləşmələrini yenidən dirçəltmək olmasını kimsə dana bilməz.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı bəyanatın 4-cü maddəsindən bir hərf də icra olunmayıb: «Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir». Rusiya öhdəliyində paralel geri çəkilmə ilə ölkəyə daxil ola bilərdi. Lakin onlar geri çəkilmədən ruslar ölkəmizə soxuldular. Bu gün ruslar deyə bilərlər ki, bu tör-töküntü Ermənistanın deyil, «artsax müdafiə ordusunun» tör-töküntüləridir. Bu cavab mütləqdi. Buna Velikorus nadanlığı və ya həyasızlığı deyilir. Amma bilməniz lazımdır ki, Bakıda ərdə olan erməni arvadların sayı Qarabağdakı ermənilərin sayından artıqdır və o terrorçu tör-töküntüsündə xidmətə göndərilən əsgər valideynləri dəfələrlə Ermənistanın müxtəlif bölgələrində etiraz nümayişləri keçiriblər.

Bu bəndin həyata keçirilməməsi azmış kimi onların maddi-texniki təminatının ruslar tərəfindən edildiyini kimsə artıq təkzib belə edə bilməz. Rusiya ilə sazişi əbəs yerə «su üzərində saziş» adlandırmırlar. Bəyanatın ilk günü elan edilmiş mətn 1 anda dəyişdirildiyini xatırlayırsınızmı? Bəyanatın ilkin dərc olunan mətni bir qədər sonra fərqli bir mətndə Kremlin saytında yer aldı. O cümlədən, burada Azərbaycanın Qazax rayonundan erməni birləşmələrinin çıxarılmasının zəruriliyindən bəhs edilmirdi. Bundan əlavə, Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinin Rusiya sülhməramlılarının nəzarətində olacağı bildirilirdi. RBK-nın bu məsələ ilə bağlı sorğusuna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov diqqəti Kremlin saytında dərc olunan versiyaya yönəltməyə çağırmışdı.

Digər pozulan 7-ci bənddə deyilir: «Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıdırlar». İddia etdiklərinə görə 52 min erməni qaçqını qaytaran rusməramlılar bu günədək 1 nəfər olsun azərbaycanlı məcburi köçkünü geri qaytarmayıblar. Üstəlik, XX əsrin qandonduran Xocalı faciəsini ermənilərlə birgə törətdikləri ərazilərdə ermənilərə binalar tikməklə məşğul olur. Ağdərə rayonu Sırxavənd kəndində, Şuşa rayonunun Malıbəyli kəndində qəsəbələr salır. İranda, Suriyada, Livanda və Rusiyada erməniləri Qarabağa köçürmək üçün təşviq edir. Özü də bu işi Ermənistan deyil, məhz Rusiyanın səfirliyi həyata keçirir. Rusiya Federasiyasının İrandakı erməni səfiri Levon Caqaryan və erməni keşişdən çox erməni kilsəsinə gedən Livandakı Rus səfiri Aleksandr Rudakov bu işdə öndə getdiyi barədə məlumatlar var. Yuxarı Qarabağda yaşamış 105 minlik məcburi köçkünlər Putinə müraciət edərək dönüş xəritəsi təqdim etməli və vaxt qoymalıdır. Bölgəyə saxtakarcasına 50 min erməni qaçqını qaytardığını deyən Rusiya neçə azərbaycanlı məcburi köçkünü geri qaytarıb?

Əgər bu bölgədə sülh istəyiriksə, orada Rusiyaya yer ola bilməz. Əgər ədalət axtarırıqsa, orada bu Pandora qutusu Rusiyaya yer ola bilməz. Əgər sərhəd toxunulmazlığımızı bərpa ediriksə, Rusiyanın Qarabağda, nə ölümü var?

Bu gün Qarabağda vandalizmin izləri itməmiş təcili Roma Konvensiyasını imzalamalı və ermənilərlə birgə Rusiyanı da Haaqa tribunalına verməyin yollarını axtarmalıyıq. Qarabağın işğalında və Azərbaycan xalqına qarşı bütün soyqırım aktlarında Rusiya daim tərəf olub. Separatçı, ən yaxşı halda tanınmamış bir terror dəstəsinə verilmiş Rusiya silahlarını, ballastik və taktiki raketləri solovyovların, simonyanların, bağdasarovların, şeyninlərin, zatulinlərin, milonovların və terrora köpəklik etməkdə olanların gözlərinə soxmaq üçün çalışmalıyıq. Rusiya bunca illər gizlətməyə çalışdığı (ix tam net) hərbi cinayətləri, məhz bu beyinsizlərin hesabına bir-bir üzə çıxır. Buna görə onlara bir «molodes» də düşür. Sizcə qadağan olunmuş ballastik raketlər, S-300 ZRK və digər texniki vasitələr separatçı terroristlərin əlinə necə düşüb? Yəqin ki, Putini «yuxuya verərək Kalantarov oğurlayıb» separatçılara ötürüb. Bu işin adı terrora və separatizmə dəstək verməkdir. Rusiyanın qanunlarına görə də belədir.

Rusiya məktəblər üçün yazdığı kitabda deyilir (Д.В. КОЛЕСОВ, С.В. МАКСИМОВ, Я.В. СОКОЛОВ «ЧТО ТАКОЕ ТЕРРОРИЗМ»):

«Müxtəlif təşkilatlar və qrupların terrorçu liderləri tərəfindən edilən hərəkətlərin motivləri fərqli ola bilər.

 Millətçi terrorçular partladıb öldürərək, özlərini, məsələn, “xalqlarına zülm edənlərə qarşı mübarizlər»(millətçi motivlər) elan edirlər.
— Dini terrorçular özlərini «həqiqi iman uğrunda döyüşçülər» elan edərək ölüm və dağıntılara səbəb olurlar (dini motivlər).
— Separatçı terrorçular minlərlə günahsız insanı öldürür və özlərini “qəsbkarlara qarşı döyüşənlər” kimi təqdim edir, unitar dövlətə qarşı çıxaraq üçün ondan (separatçı motivlər) ayrılmağı tələb edirlər.
— Terrorçu «antiqlobalistlər terror aktları törədirlər, bunu yoxsulluq prosesini dayandırmağa çalışmaları” kimi yozurlar».

1988-ci ildən bu günədək RF bölgədə terroru bəsləyən və yaradan bir rus-sovet imperiyasının varisidir və bu gün də bu xislətindən əl çəkmək istəmir.

Bu gün «sürüngən müharibə» (ползучая война) taktikasına uyğun olaraq Şuşa və Laçın rayonlarının sərhədlərində dəniz səviyyəsindən 2250 metr yüksəklikdə, Laçın-Şuşa-Xankəndi yolundan hava xətti ilə 5-6 km məsafədə yerləşən Sarıbaba zirvəsində çəkiləcək yola nəzarət bəhanəsiylə müşahidə postları qurub. Kəlbəcərə gedən mülki yükləri 5-3 qotur ermənidən keçirə bilməyən ruslar koridordan kənar bir hərbi strateji yüksəkliyi işğal etməklə, nəinki koridoru Zəngilandan Şuşayadək bütün əraziləri nəzarətdə saxlamaq niyyətini ortaya qoyub. Koridordan kənar hər hansı rusməramlı fəaliyyəti nəzərdə tutulmayıb. Bu günədək Laçın və Şuşanın kəndləri tam azad edilməyib. Eyni hərbi-strateji yüksəkliklərdə postların qurulması Ağdam və Tərtər istiqamətində də davam etdirilir. Bu yaxınlarda erməni terrorçularının müdafiə məqsədli səngərlər qazmaq istəyinin qarşısı alındı. Lakin Ağdərə rayonunun Tonaşen kəndində bu istehkamların təmiri başa çatdırılıb.

Həmçinin Ağdamın şimal qərb hissəsini nəzarətdə saxlamaq üçün Ulubab yüksəkliyində də nəzarət postu qurulub. Rusla buradan hansı koridoru nəzarətdə saxlamağı düşünürlər? Bu rusməramlılar hələ də anlamırlar ki, onların tək missiyası patrul fəaliyyəti həyata keçirmək olsa da, dul «axçiləri» dölləməkdən tutmuş tikinti, ticarət, qanunsuz hərbi terror dəstələrinin təminatınadək və s. işlərlə məşğuldurlar. Bizim nəzarətimizdən kənar faktiki qondarma «dövlət qurmaqla» məşğuldurlar. Ağdərə rayonunda Gülyataq-Cənyataq qızıl yatağını talamaqla məşğuldurlar. Bu günədək «İşğal haqqında» Qanunu qəbul etməyib, Roma istintaq Konvensiyasına qoşulmayıb Zəfər marşından bihuş ola bilmərik. Bunu bizə şəhidlərimizi ruhu bağışlamaz.

Xarici kommunikasiyaların açılmasından şərəfsizcəsinə dəm vuran rusməramlıların daxili yollarımızı işğal etməsi faktını beynəlxallq aləmə təqdim etməliyik. 25 minlik qoca qaltaq erməni üçün Şuşanın (28 minlik əhalisi), Kəlbəcərin və Laçının (150 minlik əhalisi) yolları Rusiya tərəfindən işğal olunduğu bəyan edilməlidir. Sən hansı missiyanı yerinə yetirirsən və burada bu yolların təhlükəsizliyini təmin edə bilmirsənsə, nə axtarırsan? Azərbaycan ordusu Rusiyanın işğal ordusundan fərqli olaraq bu təhlükəsizliyi təmin etmək qüdrətindədir. Rusiya ordu birlikləri ermənilərlə birgə yüzlərlə məsum körpələri öldürdüyü 90 -cı illərin fonunda Azərbaycan ordusu bu savaşda bir nəfər uşağın ölməsinə yol vermədi. Düşünün YOLSUZ ZƏFƏR olmur. Hərbi arenada yol, müdafiənin və hücumun ilkin şərtlərindən hesab olunur. Daşınma və çevik hərbi əməliyyatlar üçün əsas şərtlərdən olan bütün daxili yollarımızın nəzarətə götürülməsinə yol açan hərbi strateji yüksəkliklərdə rusməramlıların yerləşdirilməsi bəyanata ziddir.

Ruslar Bəyannamənin ilk günündən pozmağa və adətləri üzrə siyasi pozğunluğa və əxlaqsızlığa adət etdikləri bir tərzdə bu günədək 10 noyabr razılaşmasının 4-cü bəndində nəzərdə tutulan erməni silahlı qüvvələrinin hələ də bölgədən çıxarmayıblar. Razılaşmaya görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi bu maddənin yerinə yetirilməsi üçün Rusiyaya dəfələrlə müraciət edib. Rusiya isə özünün ehtiyat Ermənistan «ağzı» ilə bildirib ki, bu bənd azad olunmuş yeddi rayona aiddir. Amma Rusiyanın Kazimirov kimi bir ünsürdən qalma «həlli olmayan problem» adlı qondarma siyasi əxlaqsızlıq nümunəsi olan üslubu artıq keçərli deyil. Çünki Azərbaycanın Ali Baş Komandanı cənab Əliyevi, oponentləri, həm daxildəki 5-ci kolon nökərləri və həm də «divan-mışka» strateqlərinin anlaqsız şəkildə, həm də qazanılmış Zəfərə kölgə salmaq məqsədiylə rusların bölgəyə girişinə yol verməkdə günnahlandırmağa çalışırlar. Hərbi-siyasi reallıq isə tam başqa həqiqətləri ortaya qoyur. Düşmənin ordumuzun daxilində işbirlikçilərinin varlığından söz açmaq isə hələ də tezdir.

Birincisi, Ali Baş Komandan strateq kimi düşməni qarşı tərəfdən gözlədiyi və «sövdələşdiyi» hücumu deyil, tam əks effektli bir hücumla üz-üzə qoydu. İstiqamətdən silahlı qüvvəyədək dəyişim elə ilk həmlədə düşməndə şok effekti yaratdı.

İkincisi, cəbhədə düşmən tərəfdə bütün ZRK, ballastik və taktiki raket sistemlərini, hətta Qrad qurğularını belə idarə edənlərin ruslar olmasını erməni tərəfi dəfələrlə elan edib. 9 noyabr 2020-ci il tarixində, Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda və Dağlıq Qarabağdan 70 kilometr (43 mil) məsafədə daşınabilən hava hücumundan müdafiə sistemindən atılan atəş nəticəsində bir Rusiyaya məxsus Mİ-24 helikopteru (NATO kod adı: «Hind») vuruldu. İlkin məlumatda bu helikopterin Gümrüdəki 102-ci Rusiya hərbi bazasından çıxış etmiş 3-cü batalyona məxsus konvoyu müşayiət etdiyi bildirilirdi. Gecə uçuşu edən taktiki helikopter kimləri və haraya doğru müşaiyyət edirmiş? Rusiya öz maskasını çıxarmaqmı istəyirdi?

Üçüncüsü, bəzi «özündənbəy» siyasətçilər və kolon mənsubları israrla Türkiyənin oyundankənar buraxılmasında Ali Baş Komandanı suçlamağa çalışmaqdadırlar. Amma bu adamlar öncə qəbul edilmiş razılaşmanın 5-ci bəndini oxusunlar: «Münaqişə tərəfləri tərəfindən razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədi ilə sülhməramlı mərkəz yerləşdirilir». Sadəcə Türkiyənin adının razılaşmaya bu şəkildə salınması Rusiyanın işbirlikçi olduğu terrorçu-separatçıların və məğlub Ermənistanı qıcıqlandırmamaq üçün edildiyi hər kəsə məlumdur. İlkin vaxtlarda «sürüşkənliyi» tutan ruslar geri çəkilməyə məcbur oldular və Türklər artıq Qarabağdadır. Prezident İ. Əliyevin uzaqgörənliklə vacib olan və «zərgər dəqiqliyi» ilə «Şuşa Bəyannaməsini» ortaya qoydu və dediyimiz nüansı bir daha təsdiqlədi: «Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır».

Bildirdiyimiz kimi bu münaqişənin senaristi və baş rolunun ifaçısı daim Rusiya olub. Rusiya öz varlığını gizləmək üçün ortaya «artsax müdafiə ordusu» kimi bir pərdə qoyub və bunca cinayətləri bu pərdənin arxasında terrorçularla əlbir şəkildə törətmişlər. Guya Qarabağda qalan 35-40 min erməni toplumunun 45 minlik bir ordu yaratması kimi ruslardan əxz etdikləri bir yalandan Ermənistan da istifadə etməyə başladı. Rusiyanın ermənipərəst və pula satılmış informatorları bu gün də eyni yalanı eyni həyasızlıqla efirə ötürməkdədirlər. Guya «artsax müdafiə ordusu» varmış, onlar vuruşurmuş və heç Ermənistan bu müharibəyə hələlik daxil olmayıb və s. Amma nədənsə ölən terrorçu leşləri bu günədək yalnız Ermənistana daşınmaqdadır. Erablurda gorbagor edilir. Məhz bu yalanın da müəllifi Rusiyadır.

Xatırladaq ki, 1993-cü ildə Ağdərəyə Pskov desant polku da bu cür yeridildiyini müharibə veteranları yaxşı xatırlamaqdadırlar. Bu faktı Rusiyanın məşhur telejurnalistlərindən biri olan Aleksandr Nevzorov Milli Qəhrəman Vəzir Orucov haqqında danışarkən təsdiqləyib…

ARDI VAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir