Son Baharı, ilk baharda gələn BƏY!

10/04/20 5:55

Onun üçün hər gün ətrafa ağrı, kədər, vətənə, millətə ümidsizlik səpilən cəmiyyətdə ölmək dəhşət deyildi, dəhşət yaşamaq idi Hədəfilə tanınan, yol açan, Həyatı, hərəkət! Cəsarəti yaşamaq bilən, bəyin təssüüf ki “son bahar”ı “ilk baharda“gəldi. Nə qəm! Hər gün insan üçün yeni bir həyatdır

Düşünməzdim ki, İsgəndər bəyin dünyada olmadığı bir zaman olacaq və mən də onun doğum günündən, barəsində arzularımdan yazacam. Baxmayaraq ki, onun haqqında ən çox  materallar, bəyanatlar, mənlumatlar yazan adam bəlkədə mən idim. Amma yoxluğunda “doğum gününü” bölüşən bir qismətimiz  də varmış. İsgəndər bəy üçün hər gün ətrafa ağrı, kədər, vətənə, millətə ümidsizlik səpilən cəmiyyətdə ölmək dəhşət deyildi, dəhşət yaşamaq idi. Hədəfilə tanınan, yol açan, Həyatı, hərəkət! Cəsarəti yaşamaq bilən, bəyin təssüüf ki “son bahar”ı “ilk baharda“gəldi. Nə qəm! Hər gün insan üçün yeni bir həyatdır.O, həyat ki, daim öz sonuna doğru gedir. Doğum günün QUTLU, Məkanın cənnət olsun!. BƏY!

Qələndər Muxtarlı