Strasburqda Azərbaycandakı siyasi məhbusları müdafiə aksiyası keçirib…

24/04/17 3:49

Strasburq/24/.04.17/Turan: Avropada yaşayan bir qrup siyasi mühacir  Strasburqda Avropa Şurasının binası qarşısında aksiya keçirirlər. AŞ binasında bu gün AŞPA-nın yaz sessiyası açılır.

Aksiya iştirakçıları Avropa parlamentarilərindən Azərbaycanda siyasi məhbusların azad edilməsi məsələsini qaldırmağı tələb edirlər, Qiyas İbrahimovun, Mehman Hüseynovun, İlqar Məmmədovun və digər siyasi məhbusların adlarını səsləndirirlər.

Aksiya iştirakçıları həmçinin korrupsiya və Azərbaycan hakimiyyətinin 2013-cü ildə Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin qəbul edilməməsinə səbəb olan bir sıra AŞPA üzvlərini öz tərəfinə çəkməsi faktlarının araşdırılmasını tələb edirlər.

Kamal Əsgər