“TƏNHALIĞIMI VƏ AZADLIQ YANĞILARIMI BAĞRIMA BASMIŞAM…”!!!
Analitik web sayt
Dostlar, bu günlərdə Ənvər Paşanı düşünürəm. Ənvər Paşa Osmanlının hərbiyyə naziri idi.
Davanı gerçəkləştirmək üçün gərəkliydi, davası ona var dövlət qazandırmırdı…
satıldıqlarını görmüşəm. AXH-ni dağıdan, parçalayan, Qarabağın işğal edilməsinə səbəb olan şəxslərin hamısı bax bu Pula əyilən satılmışlar idi. Bu satılmışların içində Elçibəyin yalnızlığının və qurbanlığının faciələrini dərk etmişəm.
qurtulmaq üçün tənhalığıma sığınmışam. Tənhalığımı və azadlıq yanğılarımı bağrıma basmışam. H.Əliyev xalqının içində azadlıq yanğısı daşıyan hər bir insanın bir faciəli sonluğu vardır. Hər kəs bu sistemdən bir yara almışdır. Hər kəs itirmişdir-ruhunu, övladını, vətənini, atasını, xalqını, dostunu, işini, şərəfini, qürurunu….Sistem əjdaha kimi bizi bir-bir yoxluqlarda öldürüb bitirir, udur…Vicdanlar itirmək qorxusunun içinə həbs edilmişdir. Hər kəsin içində bir həbsxana bir qəbristanlıq vardır. Heydərizm hər kəsin içində bir kabus kimi dolaşmaqdadır, İnsanı olum və ölüm seçimləri ilə sınağa çəkməkdədir…
Dostlar Ənvər Paşa üçün pul var dövlət önəmli deyildi, davası önəmli idi. Bizimkilərsə davanı pula var dövlətə dəyişdilər. Yenilgilərimizin səbəbi həm də insan şəxsiyyətinin bütöv olmamasından qaynaqlanır.