Türkiyədə Malazgirtdəki zəfərinin 950-ci ildönümü münasibətilə bir video hazırlandı

27/08/21 10:40

Sosial şəbəkələrdəki səhifəsində videonu Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun paylaşıb.

Türkiyə Prezident Administrasiyasının Əlaqələr Bürosu, Türklərin Anadoluya yolunu açan Malazgirt döyüşündəki zəfərin 950-ci ildönümü münasibətilə bir video hazırladı.

Videonu sosial media səhifəsində şöbə müdiri Fahrettin Altun yayımladı.

Altun, “Malazgirtdəki zəfərin 950-ci ildönümündə Anadolu fəthçisi, böyük sərkərdə Sultan Alparslanın və şəhid qəhrəmanlarının xatirəsini dərin hörmətlə anıram” dedi.

“Anadolu var olduğu müddətcə biz də varıq” başlıqlı videonun müddəti 1 dəqiqə 45 saniyədir.

Video böyük sərkərdə Sultan Alparslanın  döyüşdən əvvəl söylədiyi sözləri ilə başlayır: “Ya qalib gəlib məqsədimə çatacağam, ya da döyüşdə ölüb cənnətə gedəcəyəm”. Video, Malazgirt savaşından Türk Qurtuluş Savaşına qədər Anadolu uğrunda mübarizədən bəhs edir.

“Türk xalqı, 950 il əvvəl olduğu kimi, bənzərsiz bir təbiətə, tarixə və əhaliyə malik olan bu bölgəyə dəyər verir. Xalqımız Anadolunun alınmasından qürur hissi duyur. Yaşasın Malazgirtdəki zəfər! ” – video bu sözlərlə bitir.

Transqafqaz.com