Ukrayna Türkiyənin müdafiə sənayesi təcrübəsindən yararlanmaq istəyir

20/08/21 4:23

IDEF 2021, Türkiyənin müdafiə sənayesindəki uğurlarına şahidlik edir – Ukrayna Baş nazirinin müavini

Türkiyə ilə Ukrayna arasında müdafiə sənayesində əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı baxımından çox önəmlidir.

Bunu Sənaye və Texnologiya nazirinin müavini Çətin Əli Dönməz İstanbulda keçirilən 15. Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2021) çərçivəsində Ukrayna Baş nazirinin müavini Oleq Urusky ilə görüşündə deyib.

“Hər iki ölkənin xeyrinə birgə istehsal prosesində, xüsusən mühərrik istehsalında Ukrayna təcrübəsindən istifadə edə bilərik. Ölkəmizin təcrübəsini Ukrayna ilə bölüşə bilərik, xüsusən də sənaye zonaları məsələsində ”.

Toplantıya TÜBİTAK (Türk Elmi və Texniki Araşdırma Şurası) rəhbəri Hasan Mandal, TÜBİTAK idarə heyətinin üzvü və Türkiyə Texnologiya Komandası Vəqfi İdarə Heyətinin sədri Haluk Bayraktar qatıldı.

Danışıqlar zamanı iki ölkə arasında müdafiə sənayesi də daxil olmaqla sənaye və texnologiya sahəsində əməkdaşlıq qiymətləndirildi. Tərəflər bu istiqamətdə genişmiqyaslı işlərin inkişaf etdirilməsinin hər iki ölkəyə fayda verəcəyini qeyd ediblər.

Dönməzin sözlərinə görə, TÜBİTAK Marmara Araşdırma Mərkəzi və Ukraynadakı bənzər bir təşkilat birgə komitə qura bilər.

“Türkiyə ilə Ukrayna arasında müdafiə sənayesində əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı baxımından çox önəmlidir. Müdafiə və aviasiya sənayesi sahəsində ortaq sənaye zonası yaradılarsa, bir tərəfdən Türk Kosmik Agentliyi ilə TÜBİTAK UZAY ilə Ukraynanın dövlət müəssisəsi Yujnoye Dizayn Bürosu və digər analoji təşkilatlar arasında peyk inkişafı sahəsində əməkdaşlıq sistemləri qurulacaq”dedi.

Vahidov Qurban. Araşdırmaçı – analitik