Heydər Əliyev prospekti etiraz əlaməti olaraq yük maşınları tərəfindən bağlanıb, tıxac yaranıb.
APA-nın məlumatına görə, 4 yük maşını yolları bağlayıb, sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və idarə rəisi Məlik Əliyevə etiraz edirlər.
Yük maşınlarının sahibləri dövlət qurumundan icazələrin verilməsini tələb edirlər. Dedilər ki, bu sənədlər olmadığından malları xarab olur.
Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda vəziyyəti tənzimləyir.
Sürücülər gecə saatlarından maşınlarını yolda qoyublar. Onlar maşınların üzərinə niyə etiraz etdiklərini yazıblar.
R-Group sürücüləri yük maşınlarından birinin üzərinə yazıblar: “Bizi belə vəziyyətə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və idarə rəisi Məlik Əliyev gətirib! İcazələr verin! Məhsullar xarab olmaq üzrədir. Biz müflis olduq!”