İran Parlamentinin deputatı: İran Azərbaycanın yanında olmalı idi.

27/05/23 2:09

Təbriz və Azərşəhr şəhərlərinin parlamentdəki nümayəndəsi Əhməd Əlirza Beigi: “44 günlük müharibə zamanı İran Azərbaycanın yanında olmalı idi!”

Güneydə yaşayan azərbaycanlıların parlamentdəki nümayəndəsi Əhməd Əlirza Beigi Milli Məclisdə cəsarətli çıxışı ilə yadda qalıb. O, Azərbaycan və İran münasibətlərinə toxunaraq, İran hökumətinin səhvlərini üzə vurub:

“Bizim (güneylilərin) Azərbaycan Respublikasından fərqliyimiz yalnız coğrafi və siyasi sərhədlərimizdır – Biz iki hökumətdə bir millətik.

İran Qarabağ müharibəsində neytrallığını elan etdi, lakin Rusiya hərbi karvanı Bəndər Ənzəlidən və Nordoz sərhədindən Ermənistana silah daşıyırdı. Biz Xarici İşlər Nazirliyinə öz etirazımızı bildirdik və tələb etdik ki, silahların Ermənistana keçirilməsi dayandırılsın.

Bakıdakı Zəfər paradında Ərdoğan “Arazı ayırdılar” şeirini oxudu və xarici işlər nazirimiz Cavad Zərifi o şeiri Türkiyə tərəfinin İslam Respublikası torpaqlarına iddialı olduğunun sübutu hesab etdi, halbuki şeirdə azərbaycanlıların dərdindən bəhs olunur. Ərdoğan o şeiri oxumaqla bizim tarixi haqqımızı təsdiqlədi. Amma İran xarici işlər naziri Cavad Zərifi bunu başqa cür büruzə verdi və bu məsələ üstündə mübahisə yarandı.

İran 44 günlük müharibə zamanı birtərəfli mövqe tutduğu üçün Azərbaycan Respublikası bizdən incidi. Kömək lazım olan zaman Azərbaycanın yanında olmalı idik, lakin bizim yerimizə bunu Türkiyə etdi. Bu məsələ isə zaman keçdikcə İran və Azərbaycan arasında soyuqluq, ikitərəfli münasibətlərimizdə gərginlik yaratdı”. 

#İran #Azerbaycan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir