Talibanla ABŞ hərbçiləri arasında görüş.

28/05/23 11:44

🇺🇸🏳 Baqramda Molla Yakubla ABŞ hərbçiləri arasında qeyri-rəsmi görüş keçirilib.

Əfqanıstan paytaxtındakı mənbələr bildiriblər ki, ABŞ Ordusu CENTCOM komandanlığının nümayəndələri keçən həftə Talibanın müdafiə naziri Molla Yaqubla görüşmək üçün Kabilə gəliblər.

Müşahidəçilər Kabil yaxınlığındakı Baqram aviabazasında baş tutan bu görüşün Taliban rejimi ilə Tehran arasında “su münaqişəsi” ilə üst-üstə düşdüyünü vurğulayırlar.

“Taliban-İran münasibətlərinin kəskinləşməsinin, ABŞ hərbçiləri ilə Molla Yakub və bir qrup Taliban komandiri arasında söhbətin mövzularından biri olduğunu düşünməyə əsas var”, – deyə mənbələr bildirir.

Mövcud məlumata görə, bu Molla Yakubun ABŞ ordusunun nümayəndələri ilə ilk görüşü deyil. Bundan əvvəl Qətər və Pakistanda da oxşar təmaslar olub.

“Əfqanıstanın daxilində Molla Yaqub əvvəllər də ABŞ hərbçiləri ilə görüşüb. Deməli, May ayında Baqramda keçirilən görüş heç də unikal deyil”, – Əfqanıstan kəşfiyyatının vəziyyətlə tanış olan keçmiş yüksək rütbəli rəsmisi deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir